» » Rövşən Lənkəranskinin qardaşı İstanbulda mühakimə olunacaq

Rövşən Lənkəranskinin qardaşı İstanbulda mühakimə olunacaq

Bölmə: Kriminal
Rövşən Lənkəranskinin qardaşı İstanbulda mühakimə olunacaq
Qətlə yetirilmiş "qanuni oğru" Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev indiyə qədər İstanbulda həbs altındadır.

Xalqinfo.az yerli KİV-ə istinadən bildirir ki, onun azad olunması və tezliklə Azərbaycana deportasiya olunacağı haqda bəzi KİV-lərdə yayılmış informasiyalar öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Namiq Canıyev 2 noyabrda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulun Bakırköy ərazindəkidə "Ömür" ticarət mərkəzində keçirilmiş xüsusi əməliyyatın gedişatında saxlanılıb.

Namiq Canıyevin də daxil olduğu 11 nəfərdən ibarət qatillər qrupu bir müddət əvvəl həbsdən azad olunmuş "qanuni oğru" Lotu Qulinin evinə hücum hazırlayıb. Qatillər Lotu Qulini öldürməyi planlaşdırıblar.

Bu hücumun dəqiq planlaşdırıldığını Namiq Canıyevin telefonunda aşkar edilmiş şəkillər də təsdiqləyir. Həmin şəkillərdə Lotu Qulinin evi və onun ətrafındakı ərazisi tam və detallı sxemlə əks olunub.

İstanbulun təhlükəsizlik polisi Namiq Canıyevin həbsi haqda qərar qəbul edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler