» » Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanlar saxlanıldı - Yenilənib

Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanlar saxlanıldı - Yenilənib

Bölmə: Kriminal, MANŞET
Rəis müavinini güllələyib Mədətovu bıçaqlayanlar saxlanıldı - Yenilənib
Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib:

“Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib:

“Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.

***

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarından "Qafqazinfo"ya verilən məlumata görə, cinayətkar dəstə üzvləri saxlanılıb.

Bu barədə yaxın saatlarda DİN-in geniş açıqlaması olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler