Rəis müavinini güllələyənlər Müşfiq Mədətovu bıçaqlayan şəxslərdir - Polis ayaqdaXəbər verdiyimiz kimi, dünən naməlum şəxslər mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb. “Xalqinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb. Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb. Məlumata görə,Səbail Rayon Polis İdarəsinin əməkdaşları Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır. Hüquq-mühafizə orqanları M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayətkarların tutulması üçün Daxili İşlər Nairliyində xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda Bakının bütün ərazilərində onların tutulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Qeyd edək ki, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|