» » Prezidentin keçmiş mühafizəçisi bıçaqlandı

Prezidentin keçmiş mühafizəçisi bıçaqlandı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Prezidentin keçmiş mühafizəçisi bıçaqlandı
Dünən axşam saatlarında metronun “İçərişəhər” stansiyasının yaxınlığında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bıçaqlanıb.

Xalqinfo” Moderator.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisindəki çayxanalardan birində baş verib.

Məlumata görə, 5 nəfər ona hücum edib. M.Mədətov bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, M. Mədətov mərhum dövlət başçısı Heydər Əliyevin prezidentliyinin ilk dönəmlərində onun mühafizəçisi olmuş, ardından Nizami rayonu 23-cü polis bölməsinin rəisi olub, daha sonra 15 il azadlıqdan məhrum edilib. Bir neçə il öncə isə həbsdən azad edilmişdi.

Prezidentin keçmiş mühafizəçisi bıçaqlandı
Prezidentin keçmiş mühafizəçisi bıçaqlandı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler