» » Keçmiş məmurun qətlini sifariş verən qadın və digərlərinin şikayəti üzrə məhkəmə başlayır

Keçmiş məmurun qətlini sifariş verən qadın və digərlərinin şikayəti üzrə məhkəmə başlayır

Bölmə: Kriminal
Keçmiş məmurun qətlini sifariş verən qadın və digərlərinin şikayəti üzrə məhkəmə başlayır
Adam öldürməyə cəhddə təqsirləndirilən Ramin Hüseynli, Günel Süleymanova, Rasim Süleymanov, Ramil Həsənov və Əlikübar Kübarovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayır.

APA-nın xəbərinə görə, cinayət işinə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, ötən il aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımova avtomat silahdan bir neçə dəfə atəş açılıb. Nəticədə güllə yarası alan H.Qasımova xəstəxanaya yerləşdirilib.
Güllə yarası alan H. Qasımov əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.

Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 11-də paytaxtın Binəqədi rayonu ərazisində Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açmaqla xəsarət yetirmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tutulub. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən “AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus “Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova da tutulub. R. Hüseynli əvvəllər adam oğurluğu maddəsi ilə 12 il həbsdə olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Hüseynli və G. Süleymanlının hər biri 16 il, R. Süleymanov 8 il, R. Həsənov 7 il, Ə. Kübarov isə 1 il 6 ay müddətinə azadlıqda məhrum ediliblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler