» » 20 yaşında dəhşətli qətl törədən Azərin işi -

20 yaşında dəhşətli qətl törədən Azərin işi - Bacı və qardaşı öldürüb...

Bölmə: Kriminal
20 yaşında dəhşətli qətl törədən Azərin işi -
Bakıda dəhşətli qətl törətməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bacı və qardaşı öldürməkdə, analarına isə ağır xəsarət yetirməkdə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. A.Cəfərov 1997-ci ildə anadan olub, ailəlidir. 1 yaşlı övladı var. Astara rayon, Ərkivan kənd sakinidir. Daha əvvəl xuliqanlıq və avtoqəzaya görə məhkumluq həyatı yaşayıb.

Məhkəmənin baxış iclası avqustun 24-nə təyin edilib.

Qətl hadisəsi bu il aprelin 2-də saat Nərimanov rayonunun Keşlə qəsəbəsində baş verib.

Qəsəbədə Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan cəsəd tapılıb. Qətlə yetirilən şəxsin yaralanan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadə olduğu məlum olub.

Qətlin baş vermə səbəbi barədə hələ ki bir neçə versiya səsləndirilir. Təqsirləndirilən şəxsin bu əməli tamah və ya qısqanclıq zəminində törədildiyi bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler