» » Bakıda azyaşlıya təcavüz edən şəxs həbs olundu

Bakıda azyaşlıya təcavüz edən şəxs həbs olundu

Bölmə: Kriminal
Bakıda azyaşlıya təcavüz edən şəxs həbs olundu
Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Xalqinfo.az Baş Prokurorluğa istinadən xəbər verir ki, Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarşı 1983-cü il təvəllüdlü Abbas Murad tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə avqustun 8-də Səbail rayon prokurorluğund Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində A.Murad şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler