» » Səlyan rayon Mərkəzi Xəstəxanası bazar qanunları ilə idarə olunur

Səlyan rayon Mərkəzi Xəstəxanası bazar qanunları ilə idarə olunur

Bölmə: Kriminal
Səlyan rayon Mərkəzi Xəstəxanası bazar qanunları ilə idarə olunur

Xəstəxanaya üz tutan rayon sakinləri sözün əsl mənasında soyğunçuluğa məruz qalır və ən elementar müayinələrə görə, onlardan rüşvət alınır.

Bununla bağlı informasiya müəyyən səbəblərdən adının çəkilməsini istəməyən Səlyan sakinlərindən biri tərəfindən daxil olub.

Şikayətçi bildirir ki, ürəyində ağrılar hiss edəndən sonra rayon Mərkəzi Xəstəxanasına üz tutub: “Sözün düzü, indiyə qədər çox nadir hallarda həkimə getmişəm. Çalışmışam ki, səhhətimdə yaranan problemləri təbii yollarla aradan qaldırım. Görəndə ki, ürəyimdə ağrılar şiddətlənib və artıq türkəçarə köməyə yetmir, üz tutdum rayon Mərkəzi Xəstəxanasına. Burada gördüyüm şərait o qədər dəhşətli idi ki, ümumilikdə səhiyyə sisteminə qarşı məndə nifrət oyatdı. Əvvəlcə məni “EKQ”-yə saldılar. Məlum oldu ki, ürəyimdə işemiya xəstəliyi var. Vaxtında qarşısını almasam, infarktla nəticələnə bilər. Müayinə başa çatar-çatmaz məndən pul istədilər. Bakıdakı özəl klinikalarda “EKQ” müayinəsi 8 manat olduğu halda, Səlyan xəstəxanasında məndən 10 manat aldılar. Ardınca bir iynə vurdular. Həmin iynənin də pulunu ayrı aldılar. Buna görə, məndən 3 manat alındı. Deyəndə ki, niyə bu qədər pul alırsınız, cavabları bu oldu ki, bəs biz nəylə dolanaq? Birdəki, kimə istəyirsiniz şikayət edin, bizim baş həkim arxalı adamdır”.

Xatırladaq ki, Səlyan rayon Mərkəzi Xəstəxanasının qanunsuz fəaliyyəti ilə bağlı mətbuatda çoxsaylı yazılar dərc edilsə də, bu tibb müəssisəsində nəniki korrupsiya yığışmayıb, əskinə, günü-gündən daha geniş vüsət almaqdadır.

Xəstəxanaya üz tutan sakinlərə etinasızlıq yanaşıldığı, onlardan rüşvət alındığı, hətta bəzilərinin öldüyü ilə bağlı mediada çeşidli xəbərlər yayılsa da, müəssisə rəhbərliyi bunun qarşısını almaq əvəzinə, əsas diqqətini öz maddi kapitalını artırmağa yönəldib. /editor.az/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler