» » Bacısına mesaj yazanı öldürənə 5 il cəza verildi

Bacısına mesaj yazanı öldürənə 5 il cəza verildi

Bölmə: Kriminal
Bacısına mesaj yazanı öldürənə 5 il cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində feysbukda bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm çıxarılkən M.Hüseynovun azyaşlı olması və mərhumun anasının onu bağışlaması nəzərə alınıb.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, 13 yaşlı bacısı isə İmişli rayonunda anası ilə yaşayıb. İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq Ələkbərə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən Ələkbərə zəng edib və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb və M.Hüseynov onu oradaca bıçaqlayaraq öldürüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler