» » Qardaş bacıya 13 bıçaq zərbəsi vurdu - Dəhşətli fakt Bakıda yaşandı

Qardaş bacıya 13 bıçaq zərbəsi vurdu - Dəhşətli fakt Bakıda yaşandı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Qardaş bacıya 13 bıçaq zərbəsi vurdu - Dəhşətli fakt Bakıda yaşandı
Bakıda qardaş bacısını bıçaqlayıb.

Xalqinfo.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, Məmmədəli Şəridli küçəsində baş verib.

1990-cı il təvəllüdlü Alıyeva Tahirə Barat qızı yaşadıqları evdə qardaşı ilə mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Qardaş bacısının baş və boyun nahiyələrinə 13 bıçaq zərbəsi vurub. Nəticədə 27 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxs saxlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. (apa)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler