» » 9 il iş istədilər - Nazirin qardaşı şikayətçidir

9 il iş istədilər - Nazirin qardaşı şikayətçidir

Bölmə: Kriminal
9 il iş istədilər - Nazirin qardaşı şikayətçidir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xalqinfo"nun “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Nəbiyevin vəkili Ceyhun Yusifov hakimlər kollegiyasına etiraz vermək istədiyini bildirib, ona vaxt verilib. Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler