» » Ayıq sürücü 5000 manat oğurladı -

Ayıq sürücü 5000 manat oğurladı - Video

Bölmə: Kriminal
Ayıq sürücü 5000 manat oğurladı -
Avtomobildən pul oğurlayan ayıq sürücü tutulub.

Xalqinfo.az xəbər verir ki, Abşeron rayon polis idarəsinə müraciət edən vətəndaş ayıq sürücü xidmətindən istifadə edərkən sürücü onun avtomobilindən 5000 manat pul oğurladığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsi müəyyən etmək mümkün olub.

Bakının Nərimanov rayonunda yaşayan 23 yaşlı Nicat Kamalov şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib.

Saxlanılan Nicat Kamalov "ARB TV"yə bildirib ki, ayıq sürücü kimi fəaliyyət göstərib: "Sumqayıtda restoranda dayanmışdım. Bir nəfər çağırdı ki, bu müəllim içkilidir, maşınını idarə elə apar. Mən də həmin adamı götürdüm, Masazıra getdik. Orada gördüm ki, maşında pul var, ehtiyacım olduğu üçün götürdüm. Maşının sahibi də çox içkili idi, durğuza bilmədim. Maşında qoydum getdim".

Ehtiyaclarını başqasının pulu ilə ödəmək istəyən Nicat Kamalov avtomobildən götürdüyü pulun 500 manatını xərcləməyə imkan tapıb. Qalan məbləğ isə polis tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler