» » “Qulaqcıqla musiqi dinlədiyim üçün…” -

“Qulaqcıqla musiqi dinlədiyim üçün…” - Şahidlər 6 tələbənin ölümündən danışdı

Bölmə: Kriminal
“Qulaqcıqla musiqi dinlədiyim üçün…” -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xalqinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə qəza zamanı yaralanan tələbələr ifadə verib.

Aydan Mürsəlzadə hələ də hadisənin şok olduğunu bildirib və ağlayaraq ifadə verə bilməyib.
Aytən Quluzadə isə qəza zamanı başından xəsarət aldığını deyib.

İlahə Alışova isə həmin an qulaqcıqla musiqiyə qulaq asdığı üçün heç nədən məlumatı olmadığını deyib. O, hələ də müalicə olunduğunu bildirib.

Samir Tağıyev qəza zamanı başının dəmirə dəyməsi nəticəsində huşunu itirdiyini, bir də xəstəxanada özünə gəldiyini deyib: “Mən maşında ayaq üstə idim, oturmağa yer yox idi”.

Digər zərərçəkənlər və şahidlər məhkəməyə gəlmədiyi üçün onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

N.Hüseynovun vəkili Şirin Atayev qəzaya düşən maşının önündə gedən yaşıl rəngli “Ford” markalı avtobusun sürücüsünün də dindirilməsini istəyib. Onun vəsatəti təmin edilib, növbəti iclasda sürücünü dindiriləcək.

Valideyn Xatirə Nəsibova deyib ki, N.Hüseynov yaşıl “Ford”un sürücüsü ilə yarışıb.

Məhkəmə prosesi iyulun 20-də davam etdiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler