» » Ülkər qadınlara qənim kəsilib

Ülkər qadınlara qənim kəsilib

Bölmə: Kriminal
Ülkər qadınlara qənim kəsilib

Bakıda davamlı olaraq qadınların pullarını oğurlayan şəxs həbs olunub.
Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlarda şübhəli bilinən Zaqatala rayon sakini, 1984-cü il təvəllüdlü Ülkər Əzizova yaxalanıb. Müəyyən edilib ki, o, sentyabrın 25-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində olan mağazanın paltar dəyişmə otağından Gülbəniz Cəfərovanın içərisində 600-800 manat, 400 ABŞ dollar, şəxsiyyət vəsiqəsi və 3 ədəd kredit kartı olan əl çantasını, sentyabrın 28-də Azadlıq prospektində yerləşən mağazalardan birində Xırdalan şəhər sakini İnci Talıbovaya məxsus mobil telefonu naməlum şəraitdə oğurlayıb. Bundan əlavə o, oktyabrın 2-də Azadlıq prospektində yerləşən ticarət mərkəzində paltar dəyişmə otağında Bakı şəhər sakini Afaq Həsənzadənin içərisində bankomat kartı, ev açarları, 480 manat, 400 türk lirəsi, 35000 rubl olan pul kisəsini, oktyabrın 4-də Bakı şəhər sakini Aynur Qiyasovanın içərisində 500 manat olan pul kisəsini, Şərur rayon sakini Lətifə Məmmədovanın içərisində 105 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd sim nömrə kartı olan pul kisəsini, oktyabrın 8-də həmin ticarət mərkəzində Mahiyət Əzimovanın əl çantasından içərisində 262 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini, oktyabrın 11-də isə Sabina Süleymanovanın əl çantasından içərisində 37 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini talayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler