» » Bakıda sürət qatarı qızı vurdu -

Bakıda sürət qatarı qızı vurdu - Video

Bölmə: Kriminal
Bakıda sürət qatarı qızı vurdu -
Bakı-Sumqayıt elektrik qatarı dəmir yolundan keçən piyadanı vurub. Həmin qəza anı qatarın təhlükəsizlik kamerasına düşüb.

Xalqinfo.az Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

Bakı-Sumqayıt sürət qatarının yoluna çıxan bir qrup gənc yolu keçməkdə məsuliyyətsizlik ediblər. Görüntülərdə bir neçə oğlanın yolu keçdiyi görünür. Onların yanında olan xanım isə bir az ləngiyir. Xoşbəxtlikdən gənc qız qatarın altına yox, kənara düşür.

Maşinist hadisədən sonra qatarı saxladığı üçün təxminən 8 dəqiqə gecikmə ilə Bakı sərnişin vağzalına çatıb.

Bununla bağlı yol boyu bütün stansiyalardakı dispetçerlərə məlumat verib. Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları görüntülər əsasında həmin şəxsləri axtarır.



Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler