» » Bakıda TV binasına silahlı basqın -1 nəfər yaralanıb

Bakıda TV binasına silahlı basqın -1 nəfər yaralanıb

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda TV binasına silahlı basqın -1 nəfər yaralanıb
Bakının Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın olub.

"Xalqinfo" “Report”a istinadən xəbər verir ki, naməlum şəxslər ofisin gözətçisini döyərək, ona xəsarətlər yetirib, daha sonra içərisində 3500 manat olan seyfi aparıblar.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

“Ailə TV” “Qafqazinfo”ya verilən məlumata görə, hadisə indi yox, mart ayında baş verib:

“Bu hadisə martın 15-də olub. Biz hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hazırda polis bu işlə məşğul olur. Silahlı basqın edən şəxslərlə bağlı hər hansı bir məlumatım yoxdur”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler