» » XİN yapon bloqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb

XİN yapon bloqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb

Bölmə: Kriminal
XİN yapon bloqerin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb
Yaponiya vətəndaşı, müstəqil bloqer Natsumi Daizen Azərbaycanın Yaponiyadakı səfirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xalqinfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N.Daizen məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini qeyd edib.

O, səfərlə əlaqədar təəssüfünü ifadə edərək, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

N.Daizenin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler