» » Bakıda güclü partlayış:Ağır yaralananlar var

Bakıda güclü partlayış:Ağır yaralananlar var

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda güclü partlayış:Ağır yaralananlar var
Bu gecə Bakıda iki nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xalqinfo.az lent.az-a istinadən xəbər verir ki, gecə yarısı 1968-ci il təvəllüdlü Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Çıraqzadə Pərvanə Müzəffər qızı baş və üz nahiyyəsinin, eləcə də, bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə daxil olub. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Məlum olub ki, Asif Çıraqzadə və həyat yoldaşı Neftçi Qurban küçəsindəki mənzillərində olarkən binanın blokuna qaz sızıb. Bu səbəbdən blokda güclü partlayış olub və onlar yanıq xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler