» » Lənkəranda ağır yol qəzası baş verib:

Lənkəranda ağır yol qəzası baş verib: 10-a yaxın yaralı var

Bölmə: Kriminal
Lənkəranda ağır yol qəzası baş verib:
Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.

Belə ki, “42-ZA-220” dövlət seriya nişanlı, “VAZ-2106” markalı avtomobil “99-DK-328” dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106”da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı xəsarət almış qadınlardan biri hamilədir.

Hadisə zamanı həmçinin “Opel” markalı avtomobilin sürücüsü də yaralanıb.

Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler