» » Şirvan Milli Parkında YANĞIN

Şirvan Milli Parkında YANĞIN

Bölmə: Kriminal
Şirvan Milli Parkında YANĞIN
Şirvan Milli Parkının Neftçala rayonunun Müşfiqabad qəsəbəsi ilə sərhədində yanğın hadisəsi baş verib.

Xalqinfo.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən report-a daxil olan məlumata görə, ərazidə əsən güclü külək nəticəsində yanğın qısa müddət ərzində Şirvan Milli Parkının ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub və qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində Milli Parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib.
Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler