» » Mehman Hüseynov barədə olan hökmdən kassasiya şikayəti verilib

Mehman Hüseynov barədə olan hökmdən kassasiya şikayəti verilib

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Mehman Hüseynov barədə olan hökmdən kassasiya şikayəti verilib
Həbsdə olan blogger Mehman Hüseynovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Xalqinfo.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

O, kassasiya şikayətində M.Hüseynov barəsində bəraət hökmünün çıxarılmasının xahiş edildiyini bildirib.

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloggerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler