» » Baş prokuror dəhşətli faciədən danışdı

Baş prokuror dəhşətli faciədən danışdı

Bölmə: Kriminal
Baş prokuror dəhşətli faciədən danışdı

"Bu barədə mənə səhərə yaxın zəng vuraraq dedilər"

Baş prokuror Zakir Qaralov Goranboyda baş verən dəhşətli hadisə barədə açıqlama verib.

ans press-in məlumatına görə, Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, baş verən hadisədən çox təəssüf hissi keçirir.

“Bu barədə mənə səhərə yaxın zəng vurub dedilər. Dərhal göstəriş verdim və Baş Prokurorluqdan xüsusi əməliyyat qrupu hazırlanaraq Goranboya ezam olunub. Hadisəni törədən şəxs tutulub. İlkin araşdırmalar zamanı cinayətin ailə-münaqişə zəminində baş verdiyi məlum olub. Baş verən dəhşətli cinayət barədə ətraflı məlumatlar aparılacaq istintaq zamanı məlum olacaq və mətbuata əlavə məlumat veriləcək”, - deyə Zakir Qaralov vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saat 4:00 radələrində Goranboyda dəhşətli hadisə baş verib. Rafiq Hüseynov adlı şəxs qumbara ilə evə daxil olub və partladıb. Hadisə nəticəsində 7 nəfəri ölüb, 2 nəfəri isə yaralanıb.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Hadisəni törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler