» » Bakıda jurnalistin avtomobilinə hücum olub

Bakıda jurnalistin avtomobilinə hücum olub

Bölmə: Kriminal
Bakıda jurnalistin avtomobilinə hücum olub
Bakıda jurnalistin avtomobilinə hücum edilib.

Xalqinfo.az criminal.az-a istinadən xəbər verir ki, Kanal13.tv-nin əməkdaşı Teymur Kərimin avtomobilinin şüşələri sındırılıb. Bu barədə jurnalist Facebook' profilində məlumat verib.

Hadisə bu gün axşam saatlarında Sabunçu rayonu ərazisində, yaşadığı evin qarşısında baş verib. Naməlum şəxslər daş parçası ilə avtomobilin şüşələrini sındırıblar. T.Kərim avtomobildən hələlik nə aparılmasından xəbərsizdir. T.Kərim hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.

T.Kərim baş vermiş hadisəni özünə qarşı təxribat olduğunu iddia edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler