» » DİN rəisinin avtomobili yenə qəza törətdi

DİN rəisinin avtomobili yenə qəza törətdi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
DİN rəisinin avtomobili yenə qəza törətdi
Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hyundai” markalı xidməti avtomobili “Mercedes”lə toqquşub.

Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib. Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.

Faktla bağlı araşdırma aparılır.

***

Xalqinfo” xatırladır ki, Əbdül Zərgərli 2015-ci ildə də analoji hal yaşayıb.

Belə ki, rəis Hundai markalı 10 AA 021 nömrəli xidməti avtomobillə piyada 1993-cü il təvəllüdlü, ikinci qrup əlil Rasim Əliyevi vurub.

R.Əliyev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler