» » Piyadanı öldürən sürücü polisə təslim oldu

Piyadanı öldürən sürücü polisə təslim oldu

Bölmə: Kriminal
Piyadanı öldürən sürücü polisə təslim oldu
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Ələt-Astara yolunun Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, naməlum avtomaşın 1976-cı il təvəllüdlü qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ləkəran şöbəsinə təhvil verilib. Piydanın ölümünə səbəb olan sürücünün şəxsiyyəti məlum olub.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, bu, 1987-ci il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Muradov Kamil Əyyar oğludur. O, özü polisə gələrək təslim olub. Sürücü, “Mercedes” markalı 90-KF-505 dövlət qeydiyyat nişanlı avtomobil ilə 1976-cı il təvəllüdlü Gərmətük qəsəbə sakini Vəliyev Anar İdris oğlunu vurub. Yaralı xəstəxanaya aparılarkən yolda keçinib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler