» » Şagirdi döyən müəllimlə bağlı komissiya yaradıldı

Şagirdi döyən müəllimlə bağlı komissiya yaradıldı

Bölmə: Kriminal
Şagirdi döyən müəllimlə bağlı komissiya yaradıldı
“Həmin məktəbdəki hadisə ilə bağlı komissiya yaradılıb. Hazırda araşdırmalar gedir. Nəticəsi barədə Təhsil Nazirliyinə və ictimaiyyətə məlumat veriləcək”

Xalqinfo.az bildirir ki, Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova rayonun Qalaboynu kəndində müəllimin şagirdləri döyməsi ilə bağlı yayılan videodan “Qafqazinfo”ya danışarkən deyib.

V. Hüseynova bildirib ki, hadisə ilə bağlı bu gün sözügedən məktəbin direktoru onun qəbulunda olub: “Direktor mənə izahat verdi ki, həmin hadisə onların məktəbində olmayıb. Mən də məsələnin müəllimlər və şagirdlər tərəfindən araşdırılması üçün komissiya yaratdım. İndi komissiyanın işinin nəticəsini gözləyirik və bu barədə Təhsil Nazirliyinə də məlumat verəcəyik”.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler