» » Gömrükdə qaçaqmal siqaretlər və mobil telefonlar tutuldu

Gömrükdə qaçaqmal siqaretlər və mobil telefonlar tutuldu

Bölmə: Kriminal
Gömrükdə qaçaqmal siqaretlər və mobil telefonlar tutuldu
Dövlət Gömrük Komitəsi sərhəddə tutulan qaçaqmal barədə xəbər yayıb.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Qaz-3110” markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin altından 88 qutu pirotexniki vasitələr, avtomobilin salonundan qutularının üzərində”R-1” yazısı olan 2 min ədəd aksiz markasız siqaretlər , sürücünün üzərində aparılan yoxlama zamanı isə gömrük orqanına bəyan olunmayan 2 ədəd “Samsung Galaxy J3” markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler