Deputatın qardaşı oğlu məhkəmədə azad edildiBölmə: Kriminal
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə kollegiyası qərar qəbul edərkən, onun zərərçəkmiş şəxslərə vurulan ziyanı ödədiyini nəzərə alıb. İttihama görə, təqsirləndirilən N. Əhmədov zərərçəkmiş Rasim İsgəndərovu mühasib vəzifəsinə işə düzəldəcəyini deyərək, onun 5 min manat pulunu ələ keçirib, lakin, vədinə əməl etməyib. N. Əhmədov ayrı-ayrı adamları da işə düzəltmək məqsədilə onların ümumilikdə 30 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. Qeyd edək ki, Namiq Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşı Rafiq Əhmədovun oğludur. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|