» » “Leşyeyən qarğaya oxşayırlar” - General əsəbiləşdi

“Leşyeyən qarğaya oxşayırlar” - General əsəbiləşdi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
“Leşyeyən qarğaya oxşayırlar” - General əsəbiləşdi
Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Yeni Yasamal” MTK-nın həmtəsisçisi Cahangir Alışovun epizodu üzrə şahidlər ifadə verərək adıçəkilən şirkətdən ev aldıqlarını deyiblər.

Müdafiə tərəfinin MTK-nın qeydiyyat kitabçasını məhkəməyə təqdim edilməsi barədə vəsətəti təmin edilib.

Zərərçəkən Nadir Feyziyev istintaqa verdiyi ifadəsini təkzib edib, o, MTN-də Alı Nəbiyev yox, başqa əməkdaşlar tərəfindən ona təzyiq olunduğunu deyib.

General Çovdarov buna əsəbiləşib və zərərçəkənləri təhqir etməyə başlayıb: “Onlar leşyeyən qarğaya oxşayırlar. Elə bilirlər ki, mənim bu vəziyyətimdən istifadə edə biləcəklər”.

Prosesdə fasilə elan olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler