» » Bakıda vətəndaşları vahiməyə salan yeniyetmə tutuldu

Bakıda vətəndaşları vahiməyə salan yeniyetmə tutuldu

Bölmə: Kriminal
Bakıda vətəndaşları vahiməyə salan yeniyetmə tutuldu
Bakıda silsilə oğurluqlar etmiş 13 yaşlı yeniyetmə tutulub. Hələlik onun törətdiyi 7 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən ans press-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 1-ci və 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Ruslan Qurbanov saxlanılıb.

Müəyyən edilib ki, o, 2013-cü il oktyabrın 30-da Gündüz Bağırova məxsus, Ordubadi küçəsində yerləşən mağazadan, qapını sındırmaq yolu ilə 300 manat, dekabrının 28-də isə Binə qəsəbəsində Tofiq Məmmədovun evindən maqnitafonun səs gücləndiricilərini oğurlayıb. Bu il martın 1-də Binə qəsəbəsi Ə İsazadə küçəsində Hamlet Ağayevə məxsus mağazadan mobil telefonu və içərisində 500 manat olan pul kisəsi, martın 22-də Mərdəkan qəsəbəsində yerləşən mağazada, orada işləyən Aybəniz Qədimovanın içərisində 325 manat, 1 ədəd boyunbağı və 2 ədəd üzük olan pul qabı, aprelin 7-də Binə qəsəbəsi südçülük sovxozunda Xalıd Qafarova məxsus mağazadan, plastik qapını sıxıb açmaqla 280 manat, ərzaq malları və danışıq kartları, aprelin 27-nə keçən gecə, Cəmşid Pənahova məxsus Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən mağazadan, qapının kilidini sındırmaq yolu ilə 288 manat və tütün məmulatları, iyunun 24-nə keçən gecə isə Bahadur Abdullayevə məxsus Hüseynov küçəsində yerləşən mağazadan, plastik qapını açma yolu ilə pul, ət mağazasının qarşısından isə bir baş iri buynuzlu heyvan oğurlayıb.

13 yaşlı yeniyetmənin daha hansı cinayətlərdə əlinin olması ilə bağlı araşdırmalar davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler