» » Azərbaycanda görünməmiş hadisə -

Azərbaycanda görünməmiş hadisə - Hakerlər bankdan 3 milyon oğurladılar

Bölmə: Kriminal, BLOK XƏBƏR
Azərbaycanda görünməmiş hadisə -
Haker qrupu “DəmirBank”ın təhlükəsizlik sistemində zəif yer taparaq 3 milyon dollar oğurlamağa müvəffəq olub.

“Xalqinfo” xəbər verir ki, bu barədə virtualaz.org-a bir-birindən xəbərsiz iki ayrı bank mənbələrindən məlumat daxil olub.

Xəbərə görə, hakerlər “unlimited” kartları sistemindəki zəiflikdən yararlanıblar və ölkənin xaricindən bank hesablarına daxil olaraq vəsait çıxarmağa başlayıblar.

Hadisə başa çatmaqda olan həftənin əvvəlində baş verib, məlumat gizli saxlanılıb. Jurnalistlər baş vermiş olayın təfərrüatlarını öyrənmək istədikdə, “DəmirBank”ın marketinq direktoru Anar Bayramov qeyd edib ki, haker hücumu ilə bağlı informasiyaya malik deyil.


[url=http://]Leyla Həsənova[/url]

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler