» » Narkotiki şalvara tikib həbsxanaya keçirmək istədilər

Narkotiki şalvara tikib həbsxanaya keçirmək istədilər

Bölmə: Kriminal
Narkotiki şalvara tikib həbsxanaya keçirmək istədilər
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində penitensiar müəssisələrə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

"Xalqinfo" Penitensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.2; 120.2.4; 221.3 və 66.3-cü maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Orucov Vüsal Akif oğlunun yanına qısamüddətli görüşə gəlmiş Şirvan şəhəri sakinləri Qəhrəmanov Xəyal Səmədağa oğlu və Abışov Müşfiq Vidadi oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın tikişində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə xalis çəkisi 0.08 qram olan narkotik vasitə - metadon aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xətai Rayon Polis İdarəsinə göndərilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler