» » Əsgər özünə qəsd edib - Nazirlikdən açıqlama

Əsgər özünə qəsd edib - Nazirlikdən açıqlama

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Əsgər özünə qəsd edib - Nazirlikdən açıqlama

Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Xalqinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Nazirlik bildirir ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub: "İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Eyni zamanda, sosial şəbəkə istifadəçilərini və elektron kütləvi informasiya vasitələrini Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdar edirik".

Qeyd edək ki, dünən sosial şəbəkələrdə və mətbuatda Xanəli Fəttayevin şəhid olması ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, mərhum vaxtilə ANS TV-nin "Ağıl dəryası" layihəsinin iştirakçısı olub.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Əsgər özünə qəsd edib - Nazirlikdən açıqlama

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler