» » Ərini öldürən qadın məhkəmə qarşısında

Ərini öldürən qadın məhkəmə qarşısında

Bölmə: Kriminal
Ərini öldürən qadın məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi fevralın 2-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimova tez-tez evə sərxoş gələn və ailəni baxmayan əri Vüqar Kərimovla mübahisə edib. Dönərçi işləyən V.Kərimov bıçaqla arvadını vurmaq istəyəndə N.Kərimova ondan cəld tərpənib və həyat yoldaşını bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. Onların 4 yaşlı qızı var.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler