» » Rusiyada azərbaycanlı bıçaqlanıb

Rusiyada azərbaycanlı bıçaqlanıb

Bölmə: Kriminal
Rusiyada azərbaycanlı bıçaqlanıb

Sankt-Peterburq polisi şəhərin Frunze rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır.

Xalqinfo.az report.az-a istinadən bildirir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.

Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə "təcili yardım" çağırılıb. Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər.

Mütəxəssislər bildiriblər ki, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler