» » Arvadını öldürüb yandıran polis -

Arvadını öldürüb yandıran polis - Hakim qarşısında

Bölmə: Kriminal
Arvadını öldürüb yandıran polis -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürüb sonra yandırmaqda təqsirləndirilən, polis əməkdaşı Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına təqdim edilib.

Məhkəmə prosesi noyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, DİN-in sabiq əməkdaşı S.Əliyev 2015-ci ildə boşandığı həyat yoldaşı Natəvan Əliyevanı öldürərək yandırmaqda təqsirləndirilir. N.Əliyevanın yanmış meyiti avtomobilində Bakı-Quba yolunda tapılıb. O, xəstəxanaların birində həkim işləyib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler