» » Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Polis mayoru vətəndaşı söydü, araşdırma başladı - Şirvanda + Video

Sosial şəbəkələrdə Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı ağır söyüşlərlə təhqir etməsi barədə görüntü yayılıb.

Xalqinfo” xəbər verir ki, polis mayoru Məmmədsadiq Nağıyev vətəndaşı polis bölməsinə gətirib və onu təhqir edib.

“Qafqazinfo” sözügedən kadrlarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. K. Əliyev yayılan videodan xəbərdar olduğunu qeyd edib: “Hazırda araşdırma aparılır. Müəyyənləşdirilsin ki, videodakı kimdir, nəyə görə söyüş söyür. Dəqiqləşdirmək lazımdır ki, o həqiqətən də yol polisi işçisidirmi? Araşdırmanın nəticəsi bilinəndən sonra həmin şəxs barəsində tədbir görüləcək”.

Qeyd: Videoda söyüşlər redaksiya tərəfindən montaj olunaraq çıxarılıb.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler