» » BAKIDA DƏHŞƏT: ana və qızı özlərini 9-cu mərtəbədən ataraq öldürüb

BAKIDA DƏHŞƏT: ana və qızı özlərini 9-cu mərtəbədən ataraq öldürüb

Bölmə: Kriminal
BAKIDA DƏHŞƏT: ana və qızı özlərini 9-cu mərtəbədən ataraq öldürüb

Bakıda bir ailənin iki üzvü intihar edib. Hadisə Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb.

Səhər saat 09.00 radələrində Aytac Fərzəliyeva yaşadığı 9 mərtəbəli binanın 9 mərtəbəsindəki mənzilin pəncərəsindən özünü ataraq intihar edib. Ondan bir neçə saniyə sonra Anası kifayət Abbasova da həmin pəncərədən özünü atıb.

Ana və qızın hansı səbəbdən intihar etməsi hələ ki, məlum deyil. Hadisə yerinə gələn Yasamal rayon Prokuroru Həsrət Pirməmmədovun APA TV-yə verdiyi məlumata görə, Aytac Fəzəliyeva intahar etmədən öncə valideyinlərinə məktub yazıb. Məktubda "mən özümü öldürürəm, məni bağışlayın" yazaraq yaxınlarından onu bağışlamalarını istəyib. Araşdırmalar zamanı məlum olub ki, bir neçə gün əvvəl ailənin kiçik qızı, 14 yaşlı Aytən Fərzəliyeva itkin düşüb. Valideynləri bu barədə polisə müraciət ediblər. Daha sonra məlum olub ki, evin böyük qızı olan 17 yaşlı Aytac Fərzəliyeva kiçik bacısının sevdiyi şəxsə qoşulub qaçması barədə məlumatlı olub. İntiharından sonra tapılan məktubda Aytacın həmin hadisədən xəbərdar olduğu və bu səbəbdən ailəsindən bağışlanmasını istədiyi ehtimal olunur. İntihar edən Aytacın nənəsi Dilşad Fərzəliyeva APA TV-yə bildirib ki, ölən şəxslər əslən Laçın rayonunda məcburi köçkün olublar. Yaxınlarının hansı səbəbdən intihar etməsi ilə bağlı hər hansı ehtimalları yoxdur. Çünki Aytac evin böyük qızı olub və ailə sakit bir ailə kimi xarakterizə olunur.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler