» » Qubadakı məhkəmə icraçıları haqda araşdırma başladı

Qubadakı məhkəmə icraçıları haqda araşdırma başladı

Bölmə: Kriminal
Qubadakı məhkəmə icraçıları haqda araşdırma başladı

Ötən il dekabrın 7-də Quba Rayon Məhkəməsində məhkəmə icraçıları tərəfindən 10 yaşlı Nuray Bayramzadəyə qarşı zorakılıq edilməsi məsələsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar davam etdirilir.

Xalqinfo” xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda məhkəmədə aparılan daxili təhqiqatda məhkəmə icraçılarının qərarın icrası zamanı etik davranış qaydaları araşdırılır:

"Əgər məhkəmə icraçılarının hərəkətlərində qanun pozuntusu aşkarlanarsa, həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler