» » Sevinc Babayevanın oğluna -

Sevinc Babayevanın oğluna - 15 il həbs

Bölmə: Kriminal
Sevinc Babayevanın oğluna -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xalqinfo.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə A.Məmmədova 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Məmmədov "Gülər Əhmədova olayı" ilə tanınan Sevinc Babayevanın oğludur. A.Məmmədov 2016-cı ilin fevralın 4-də Binəqədi qəsəbəsində yaşadığı evdə arvadı Günay Məmmədovanı bədənin bir neçə nahiyəsindən, baş, sinə və kürək nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən G.Məmmədovanın həyatını xilas etmək mümkün olub.

A.Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler