» » Yanan binaya görə ekspertiza keçirilib -

Yanan binaya görə ekspertiza keçirilib - “Fotolar montaj deyil”

Bölmə: Kriminal
Yanan binaya görə ekspertiza keçirilib -

Binəqədi rayonunda ötən ilin mayın 19-da baş verən yanğınla bağlı məhkəmə prosesi bitmək üzrədir. Yaxın günlərdə müdafiə tərəfi son sözlə çıxış edəcək və ardınca da hökm oxunacağı gözlənilir. Proses zamanı həbs edilənlər arasında əsas müzakirə mövzusuna çevrilənlər üzlənməni həyata keçirən “Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudov və müəyyən aralıqda direktor olmuş Uğur Bəşirov oldu.

Xalqİnfo.az xəbər verir ki, U.Bəşirovun vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məhkəmə prosesi zamanı təqdim etdiyi binanın üzlənməsinə dair fotoşəkillər cinayət işinin materiallarına əlavə edilməsə də, onlar həmin sübutlarla bağlı müstəqil ekspertiza keçiriblər.

Məhkəmə prosesi zamanı vəkil bildirib ki, müdafiə etdiyi Uğur Bəşirovun binanın üzlənməsinə aidiyyatı yoxdur:

“Bina üzlənən vaxt Uğur Bəşirov Gəncədə Aqrar Universitetdə müəllim olub. Cinayət işinin materiallarına əlavə olunması üçün təqdim edilən 52 şəkil 2013-cü il martın 2-də çəkilib. Fotolardan görünür ki, üzlənmə işləri tam başa çatıb. Bundan sonra binanın rənglənməsi, fasadın işıqlandırılması işləri görülüb, bunu da “Global Construction” MMC edib. Onlara da heç bir aidiyyatı olmayıb. Üzlənmə işləri tamamlandıqdan xeyli müddət sonra, iyunun 1-də Uğur Bəşirov şirkətə direktor təyin edilib. Binanın üzlənməsi cinayət sayılmasa belə, Uğur Bəşirov bu prosesdə iştirak etməyib. İbtidai araşdırma orqanı buna əhəmiyyət verməyərək ona qarşı ittiham irəli sürüb.

Fotolardan başqa, bunu sübut edən dövlət qurumlarının rəsmi məktubları da var. “Azərişıq” ASC Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaqı idarəsinin rəisi Eldar Əhmədova iyulun 24-də ünvanladığı məktubda qeyd olunub ki, yanğın baş verən binaya 2013-cü il iyunun 10-da fasadın işıqlandırılması üçün sayğac quraşdırılıb. Bu da binanın üzlənməsinin bir neçə ay öncə başa çatdırılması və məhkəməyə təqdim olunan fotoşəkillərin həqiqəti əks etdirməsi deməkdir. Çünki fasadının işıqlandırılması üçün sayğacın quraşdırılmasından öncə fasad üzlüyü rənglənməli, pəncərələr quraşdırılmalı, işıqlandırma üçün müvafiq işıq cihazları çəkilməlidir”.

Yanan binaya görə ekspertiza keçirilib -














C.Rzazadə məhkəmənin həmin fotolarla bağlı ekspertiza keçirilməsindən imtina etdiyini deyərək özlərinin müstəqil ekspertə müraciət etdiklərini deyib: “Məhkəmənin ürkək davranmasını görüb, həmin ekspertizanın Azərbaycanın hüdudlarından kənarda keçirilməsinə məcbur olduq. Uğur Bəşirovun təqsirsiz olduğunu sübut edən 52 fotonu Rusiyada fəaliyyət göstərən müstəqil mütəxəssis və məhkəmə ekspertizasına ayrı-ayrılıqda təqdim etdim. dekabrın 9-da Avtonom Qeyri Kommersiya Təşkilatı “Avroekspertiza” mütəxəssis rəyi və “Texniki Ekspertiza Mərkəzi” şəxsində “Məhkəmə Ekspertləri Federasiya”sı ekspert rəyi verdi.

Rəylə təsbit olundu ki, fotoşəkillər üzərində montaj, o cümlədən çəkilmə tarixlərində düzəliş izləri müəyyən edilməyib Onların hər biri 02 mart 2013-cü il tarixdə çəkilib. Habelə fotoşəkillərdə əks olunan görüntülər onların ilin yaz fəslində çəkildiyinə dəlalət edir. Həmin rəylər Azərbaycanda tərcümə etdirərək notarial qaydada təsdiq olunmuş şəkildə məhkəməyə təqdim olunub. Şəkillərdən görünür ki, binada işləyən şəxslərin geyimləri yay fəslinə uyğun deyil. Uğur Bəşirov isə yay fəslində direktor təyin edilib.

Yanan binaya görə ekspertiza keçirilib -














Təəssüflə qeyd edirəm ki, məhkəmə araşdırmasının sonunda ittihamın obyektiv yanaşacağına ümid olunsa da, dövlət ittihamçısı digər təqsirləndirilən şəxslərdən fərqli olaraq Uğur Bəşirova münasibətdə daha ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi”.

Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev U.Bəşirovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Yanan binaya görə ekspertiza keçirilib -
Yanan binaya görə ekspertiza keçirilib -
Yanan binaya görə ekspertiza keçirilib -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler