» » DTX daha bir əməliyyat keçirdi

DTX daha bir əməliyyat keçirdi

Bölmə: Kriminal
DTX daha bir əməliyyat keçirdi

Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti birgə əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.

Baxış zamanı “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin pozulduğu aşkar edilib. Adıçəkilən ünvandan DQİDK-nın müvafiq razılığının olmadığı 59 ədəd dini təyinatlı ədəbiyyat,19 ədəd video-kaset, 27 ədəd DVD və 80 ədəd CD aşkar edilərək götürülüb. İcmada özündə xurafat elementləri ehtiva edən əşyalar da aşkarlanıb.

Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

DTX daha bir əməliyyat keçirdi
DTX daha bir əməliyyat keçirdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler