» » Qanunsuz ov edənlər tutuldu -

Qanunsuz ov edənlər tutuldu - Foto

Bölmə: Kriminal
Qanunsuz ov edənlər tutuldu -

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi birgə reyd zamanı rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Xalqİnfo” Report-a istinadən xəbər verir ki, yerli sakinlər Asif Soltanov, Tahir Məmmədov və Uzuntəpə kənd sakini İnşallah Həsənov heç bir icazə sənədi olmadan birlikdə Mahmudçala ovçuluq təsərrüfatında 25 ədəd gərəf və 8 ədəd çöl ördəyi ovlayıblar.

Saxlanılan zaman o da məlum olub ki, ovçulardan Tahir Məmmədovun üzərindəki ov tüfəngi heç bir yerdə qeydiyyatda deyil.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler