» » DİN Dini Komitəylə birgə reyd keçirdi

DİN Dini Komitəylə birgə reyd keçirdi

Bölmə: Kriminal
DİN Dini Komitəylə birgə reyd keçirdi

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə paytaxtın Səbail və Nəsimi rayonları ərazisində dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 5 mağazada reyd keçirib.

Xalqİnfo.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, məqsəd dini təyinatlı ədəbiyyat və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsalı və satışı, eləcə də onların nəzarət markası ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilib edilməməsini müəyyənləşdirmək olub.

Baxış keçirilən mağazaların hər birinin ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb.

Reyd zamanı müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmamış 433 dini təyinatlı ədəbiyyat müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam edir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler