» » Qəbələdə maşından iylənmiş at cəmdəkləri aşkarlandı -


Qəbələdə maşından iylənmiş at cəmdəkləri aşkarlandı - Foto

Bölmə: Kriminal
Qəbələdə maşından iylənmiş at cəmdəkləri aşkarlandı -

Qəbələ rayonunda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib.

Xalqİnfo.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 21-də Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunun Nic qəsəbəsində xidmət apararkən sürücü İsmayıllı rayon sakini Vüqar Süleymanovun idarə etdiyi "VAZ 21074" markalı 31-BE-575 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb.

Avtomobilə baxış keçirən zaman onun yük yerində və salonunda 3 baş kəsilmiş, 200 kq çəkisində olan üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iyi verən at cəmdəkləri aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, həmin atları sürücü V.Süleymanov və onun qaynı Qalıncaq kənd sakini Sahil Hacıyev Qəbələ rayonunun Aydınqışlaq, Mirzəbəyli və Mıxlıqovaq kəndlərindən alıb kəsərək Bakı şəhərində olan "Heyvanat parkı"na satmaq istəyiblər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı isə at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib.

Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, pis qoxulu, qida üçün yararlığı şübhə doğuran at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Aparılan müayinələrin nəticəsinə əsasən at cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq at cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq noyabrın 26-da at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonu ərazisində olan məişət tullantıları poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Qəbələdə maşından iylənmiş at cəmdəkləri aşkarlandı -
Qəbələdə maşından iylənmiş at cəmdəkləri aşkarlandı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler