» » Masallı və Sabirabadda

Masallı və Sabirabadda ev yanıb

Bölmə: Kriminal
Masallı və SabirabaddaMasallı rayonunun İkinci Səmədxanlı kəndində yanğın hadisəsi baş verib.

Xalqinfo.az FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata əsasən bildirir ki, vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 90 kvadrat metr sahədə və içərisinə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Sabirabad rayonunda baş verib.

Rayonun Suqovuşan kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Əlaqə üçün E-mail:xalqinfo@mail.ru


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler