» » Kürdəmirdə ağır qəzada

Kürdəmirdə ağır qəzada ölən və yaralananlar var

Bölmə: Kriminal
Kürdəmirdə ağır qəzadaKürdəmir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az Publika.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən bildirir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 196-cı kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini Əli Əsəd oğlu Əkbərovun idarə etdiyi "KİA" markalı minik maşını ilə Kürdəmir rayonunun Şilyan kənd sakini Səftər Heydər oğlu Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını toqquşub. Nəticədə hər iki sürücü və "KİA" markalı minik maşınının sərnişinləri - sürücünün həyat yoldaşı, Leyla Yunus qızı Salahova, onların 2 aylıq övladları Yunus Əli oğlu Əkbərov və sürücünün qayınatası Yunus Əsgərxan oğlu Salahov ağır bədən xəsarətləri alıblar.

Xəsarət alanlar təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq 33 yaşlı L. Salahova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.



Əlaqə üçün E-mail:xalqinfo@mail.ru

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler