» » Doğuş zamanı körpə ölüb-

Doğuş zamanı körpə ölüb- Sumqayıtda

Bölmə: Kriminal
Doğuş zamanı körpə ölüb-Sumqayıt şəhər 1 saylı Doğum evində körpə ölümü qeydə alınıb. Bu gün çəkisi 3 kiloqram 600 qram olan körpə (qız uşağı) doğuşdan sonra ölüb.

Xalqinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsindən APA-ya təsdiqlənib. Bildirilib ki, körpə bu gecə saat 01:35-də doğulub. Ciftdə qüsur olub və körpənin döldə əhatə olunduğu suyun hamısı nəcislə əhatə olunub: "Uşağın ağzı, burnu, bütün tənəffüs orqanları nəcislə dolub. Nəcis ciftdə patologiya olan zaman əmələ gəlir. Bəzi uşaqlarda nəcis az olduqda onu çıxartmaq olur, amma bu körpədə çox olduğuna görə doğuşdan sonra hər yandan – ağzından, burnundan, gözündən nəcis axıb. Ona görə də onu təmizləmək, uşağın həyatınI xilas etmək mümkün olmayıb. Körpə doğulandan 2 dəqiqə sonra ölüb".

Məlumata görə, bu, ananın birinci hamiləliyi olub.



[i]Əlaqə üçün E-mail:xalqinfo@mail.ru

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler