Lerikdə qəza: Minik avtomobili dərəyə aşıb

Bölmə: Kriminal, BLOK XƏBƏR
Lerikdə qəza:Lerikdə ağır yol-nəqliyyat qəzası baş verib.

Xalqinfo.az APA-ya istinadən bildirirki, hadisə iyulun 18-də saat 22.40 radələrində Lənkəran-Lerik şosesinin 27-ci kilometrliyində qeydə alınıb.

“Fiat” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb. Maşındakı sərnişinləri xilas etmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Onların səyləri ilə xüsusi alət və avadanlıqlardan istifadə edilməklə avtomobilin içərisindəki sərnişinlər xilas olunublar. Onlardan biri ağır bədən xəsarətləri aldığından Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.




Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler