» » İlhamənin oğlunun dostunun

İlhamənin oğlunun dostunun məhkəməsi başladı

Bölmə: Kriminal, BLOK XƏBƏR
İlhamənin oğlunun dostunun  Bakı Apellyasiya Məhkəməsində İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostu Vüqar Bəkirovun apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.


Xalqinfo.az Lent.az-a istinadən bildirir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib. Məhkəmə baxışı iyulun 15-nə təyin edilib.


Qeyd edək ki, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından və Biləsuvar rayon sakini Oruc Məmmədovdan dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. Hər iki şəxsin hüquq-mühafizə orqanlarına müraciətindən sonra V.Bəkirov barəsində cinayət işi başlanılıb. İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V.Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyi üçün Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov tərəfindən əvvəl axtarış haqqında qərar qəbul edilib. Daha sonra polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler